Popkornun faydaları: Ev şəraitində hazırlayın

saytların hazırlanması

Evə çatdırılma

Popkornun faydaları: Ev şəraitində hazırlayın

Maraqlı

15 İyul 2024 17:35 3560


Popkorn tərkibindəki yağa görə olduqca kalorilidir. Bundan əlavə, onun tərkibində qoxu gücləndirən maddələr var, ancaq bütün bu zərərli qatqılar olmasa, popkorn dənəcikləri əslində, heç də zərərli deyil, əksinə, olduqca faydalıdır.

Ona görə də popkorndan faydalanmaq istəyirsinizsə, onu ev şəraitində hazırlamaq lazımdır.

Yenisabah.az popkornun faydalarını təqdim edir: pizza hut

Popkorn dənəciklərinin tərkibi polifenol adlı antioksidanlarla zəngindir. Bu antioksidan çayın, zeytun yağının, qırmızı şərabın və şokoladın da tərkibində mövcuddur. Dənəciklərin tərkibində liflər var. Həmin liflər həzmi yaxşılaşdırır və çəkini atmağa kömək edir.

Popkorn dənəcikləri taxıl məhsulu olduğu üçün vitamin və minerallarla zəngindir. Yuxarıda saydığımız bütün faydalı maddələr birləşdikdə, şəkərli diabet xəstəliyinin, ürək-damar xəstəliklərinin və şişlərin qarşısı alınır.

Yeri gəlmişkən, popkornun bir porsiyasında duzun dozası eyni miqdarda cipsi üstələyir.

Bu qədər duz  isə zərərlidir və qan təzyiqinin artmasına səbəb olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!