Kriştiano Ronaldonun formasını geydiyi "Əl-Nəsr" "Yuventus"un oyunçusu Pol Poqbanı transfer etmək istəyir.
Yenisabah.az xəbər verir ki, klub futbolçuya sərfəli təklif göndərməyə hazırlaşır. Ulduz yarımmüdafiəçi üçün "Los-Anceles" və "Marsel" də mübarizə aparır.
Daha əvvəl "Yuventus" 31 yaşlı yarımmüdafiəçinin komandadan ayrılacağını rəsmən açıqlamışdı. Dominos pizza
Xatırladaq ki, fevral ayının 29-da Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Onun orqanizmində testosteron səviyyəsinin yüksəldiyi aşkarlanıb. Sonradan fransalının diskvalifikasiya müddəti 18 aya endirilib.
Telegram kanalımız