Ukranyanın keçmiş Prezidenti Pyotr Poroşenko Krımın ilhaqında sələfi Viktor Yanukoviçin məsuliyyət daşıdığını bildirib.
Yenisabah.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Poroşenko bunu Kiyev Apellyasiya Məhkəməsində Yanukoviçin “dövlətə xəyanət işi” üzrə keçirilən prosesdə dilə gətirib.
“Dünyanın və beynəlxalq hüququn Rusiyanın aqresiyyası kimi yanaşdığı ərazi itkilərinə görə Viktor Yanukoviç məsuliyyət daşıyır”, - deyə keçmiş Prezident vurğulayıb. Sezar pizza
.Poroşenkonun fikrincə, Yanukoviç “Rusiyanın işğalçı qüvvələrini” Ukraynaya dəvət etməklə cinayət törədib. O iddia edib ki, 2014-cü ildə Krıma səfər edərkən orada Rusiya hərbi qüvvələrini şəxsən görüb.
Müdafiə tərəfinin ona bir Prezident kimi qarşısına Yanukoviçi mühakimə etmək vəzifəsini qoyub-qoymadığı barədə sual verib. Poroşenkonun cavabı belə olub: “Prezident kimi mənim vəzifəm hüququn aliliyini və demokratiyanı təmin etmək olub”.
O, həmçinin Oblonski Rayon Məhkəməsinə “Yanukoviç işi”nə görə təzyiq etməsi barədə iddiaları təkzib edib.
Telegram kanalımız