Poroşenkoya cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Poroşenkoya cinayət işi açıldı

Dünya

13 Oktyabr 2020 01:20 1830


Ukrayna Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Petro Poroşenkoya qarşı 2014-cü ildə offşor şirkətin qeydiyyatı faktı ilə əlaqədar cinayət işi açıb.

Yenisabah.az xəbər verir ki, bu barədə vəkil Andrey Portnov məlumat verib.

Poroşenko Ukrayna prezidentinin vəzifəsində olarkən, 2014-cü ilin avqust ayında Britaniyanın Virgin adalarının yurisdiksiyasında “Prime Virgin Partners Limited” şirkətini qeydiyyatdan keçirib. Toyuqlu pizza

Vəkilin sözlərinə görə, keçmiş prezident şirkətin qeydiyyatını gizlədib, bunu gəlir və maliyyə öhdəlikləri bəyannaməsində əks etdirməyib.

Bildirilib ki, şirkət qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, xüsusilə vergidən yayınma və cinayətdən əldə olunan gəlirlərin leqallaşdırılması üçün yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!