“Porsche” ilə karantini pozan sürücü saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Porsche” ilə karantini pozan sürücü saxlanıldı - Foto

Kriminal

17 Aprel 2020 11:40 603


Cəlilabad rayonunda karantin rejiminin qaydalarını pozan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Cəlilabad sakini Siruz Kərimov şəhər ərazisində idarə etdiyi “Porsche” markalı avtomobillə xüsusi karantin rejimi qaydalarının tələblərinə əsasən polis əməkdaşları tərəfindən saxlanılıb. 

Bu zaman onun icazə sistemində qeydiyyatdan keçmədən karantin qaydalarını pozduğu müəyyən edilib. Lakin S.Kərimov polis əməkdaşlarının qanuni tələblərini icra etməyərək ərazidən uzaqlaşmaq istəsə də Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Marqarita pizza

Həmin şəxs barəsin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!