DÇ-2022-nin Portuqaliya – Azərbaycan oyununun Turindəki “Allianz Arena”ya təyin edilməsinin səbəbi bəlli olub.
Yenisabah.az xəbər verir ki, bu görüşün “Yuventus”un stadionunda keçirilməsinə komandanın hücumçusu Kriştiano Ronaldo təkid edib.
Məlum olduğu kimi, koronavirus pandemiyasına görə Portuqaliya rəqiblərini evdə qəbul edə bilmir. Bu səbəbdən matçın neytral meydanda keçirilməsi zərurəti yaranıb. Oyunun məhz Turində keçirilməsi təşəbbüsü də Ronaldoya məxsus olub. Bundan başqa, Portuqaliya millisi kapitanın vasitəsi ilə məşqlərini “Yuventus”un bazasında keçirəcək. Hazırlıq prosesinin martın 22-dən başlanacağı gözlənilir. pizza
Qeyd edək ki, “Yuventus”un hücumçusu olan Ronaldo gündəlik məşqlərini burada keçirdiyindən meydana tam uyğunlaşıb. Bildirilir ki, Portuqaliya millisi Turində olduğu müddətdə bazanın yaxınlığındakı oteldə qalacaq.
Azərbaycan millisinə gəlincə, komandamızın Vinovoda yerləşən “Yuventus”a məxsus başqa məşq meydançasında hazırlıq keçəcəyi bildirilir. Orada adətən gənclər və qadınlardan ibarət komandalar məşq edir.
Xatırladaq ki, Portuqaliya - Azərbaycan görüşü martın 24-də keçiriləcək.
Telegram kanalımız