Portuqaliya - Azərbaycan oyunu bu stadionda keçiriləcək   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Portuqaliya - Azərbaycan oyunu bu stadionda keçiriləcək - Foto

İdman

07 Yanvar 2021 12:58 742


DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Azərbaycan milli komandaları arasında keçiriləcək matçın stadionu açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş qurumun rəsmi saytına açıqlamasında deyib. O, görüşün paytaxt Lissabonda yerləşən və "Sportinq" klubuna məxsus olan "Joze Alvalade" arenasında oynanılacağını bildirib:

"Bu xəbəri elan etməkdən məmnunluq duyuram. Bura bizim xoşbəxt olduğumuz evimizdir. İnanıram ki, milli komanda debüt matçında bizə daha bir qələbə və əla oyun bəxş edəcək. Əminəm ki, birlikdə idman və sağlamlıqla bağlı problemlərin öhdəsindən gələcəyik". Dördpendirli pizza

Qeyd edək ki, martın 24-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisi A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!