“Postsovet məkanında bütün separatçı qurumların rəhbərləri Moskvaya bağlıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Postsovet məkanında bütün separatçı qurumların rəhbərləri Moskvaya bağlıdır”

Siyasət

21 May 2020 16:03 920


“Ermənistanın Azərbaycanın işğal olunmuş Şuşa şəhərində qondarma rejimin "and içmə" mərasimini təşkil etməsi, Azərbaycana mesajdır. Bu şounu Xankəndində də keçirə bilərdilər. Şuşa Azərbaycan üçün mədəni-mənəvi anlam kəsb etdiyi üçün bunu qəsdən edirlər”. 

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, qondarma seçkidə qalib gələn Araik Artunyan formal bir fiqurdur və əsasən, Rusiyaya bağlı şəxsdir: “Postsovet məkanında bütün separatçı qurumların rəhbərləri Moskvaya bağlıdır və onlara təlimata əsasən, dislokasiya olunmuş Rusiyanın hərbi hissələrində kəşfiyyat qurumu nəzarət edir. Qarabağdakı separatçı qurum əsasən, Rusiyanın "102-ci hərbi" bazası tərəfindən idarə olunur. Azərbaycan prezidenti İlham Əliyev ordunun maddi-texniki bazasını kifayət qədər gücləndirib. Orduya ayrılan vəsait demək olar ki, silahlı qüvvələrin dünya reytinqi sırasına yüksəlib. Ordunun döyüş qabiliyyəti və texniki imkanları kifayət qədər gücləndirilib. Bu əsasən, tərəfdaş olduğumuz Türkiyə, İsrail və Pakistanla ciddi əməkdaşlığımızın bariz nümunəsidir. Ordumuzun güclənməsi heç də Rusiyadan aldığımız silahlar hesabına olmayıb”. 

Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanın işğal olunmuş ərazilərində reallaşdırdığı hərbi infrastrurktur layihələr, həmçinin müdafiə xəttini gücləndirməsi, yeni silahların buraya yerləşdirməsi, açıq şəkildə danışıqlarda hər hansı bir güzəştə getməyəcəklərini göstərir: “Bir məsələni bilməliyik ki, Ermənistan və onun himayədarı açıq şəkildə danışıqlarda manipulyasiya edir. Artıq 30 ildir ki, eyni ssenari davam edir. Bundan sonar da Ermənistan bu siyasəti davam etdirəcək. Yalnız geosiyasi şərtlər daxilində Türkiyə ilə birgə koordinasiyalı şəkildə çalışaraq hərbi təzyiqlərlə vəziyəti dəyişmək lazımdır. Azərbaycan ordusunun hərbi təlimləri və nümayiş etdirdiyi müasir silahlar Qarabağa yönəlməlidir”.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!