Postu meşə yolu ilə keçməyə cəhd etdilər - Foto

saytların hazırlanması

Evə çatdırılma

Postu meşə yolu ilə keçməyə cəhd etdilər - Foto

Kriminal

02 May 2020 11:20 1120


Zaqatala rayonunda karantin qaydalarını pozan şəxs saxlanılıb.

Bu barədə Yenisabah.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zaqatala və Qax rayonları arasında yaradılan postda “Mersedes” markalı yük avtomobili saxlanılıb.  Dördpendirli pizza

Yoxlanış zamanı sürücü, Ağdam rayon sakini Aqil Hətəmovun hərəkəti üçün icazəsi olsa da, ancaq sərnişin qismində əyləşən Tərtər rayon sakini Paşa Məmmədovun hər hansı bir icazəsinin olmadığı müəyyən olunub. 

Avtomobildən düşürülən P.Məmmədov oradan meşə yolu ilə qaçaraq postu keçməyə və bir qədər aralıda onu gözləyən gəldiyi yük avtomobilinə əyləşməyə cəhd edib. Ancaq polislərin çevikliyi nəticəsində o, və yük avtomobilinin sürücüsü saxlanılaraq polis şöbəsinə gətiriliblər. 

Karantin rejimi qaydalarını pozduqları üçün onların barəsində qanunauyğun tədbirlər görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!