Potidə əsir-yesir qalmış sürücülərimiz yoluna davam edib

saytların hazırlanması

Evə çatdırılma

Potidə əsir-yesir qalmış sürücülərimiz yoluna davam edib

Rəsmi

12 İyul 2022 19:58 896


3 gündür Gürcüstanın Poti limanında gürcülər tərəfindən yolları kəsilən həmyerlilərimiz artıq yola düşüblər.

Yenisabah.az Oxu.az-a istinadla xəbər verir ki, bunu ABADA-nın İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu bildirib.

Onun sözlərinə görə, artıq azərbaycanlı sürücülərin məsələsi həll olunub: pizza mizza

"Sürücülərimiz aidiyyəti üzrə yola salınıblar. Sözügedən limanda 6 maşın olub. Məsələ artıq həll olunub".

Qeyd edək ki, iddia edilir ki, gürcülərin yolları bağlamasına səbəb hökumətdən ev tələb etmələri olub.

Xatırladaq ki, Gürcüstanın Poti limanında gürcülər həmyerlilərimizin yolunu kəsiblər.

Səfirliyin əməkdaşlarının əraziyə gəlmələrinə baxmayaraq, gürcülər onları yenə də buraxmayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!