“Praktiki olaraq ömürlükdür” - Saakaşvili həbsindən yazdı

saytların hazırlanması

Evə çatdırılma

“Praktiki olaraq ömürlükdür” - Saakaşvili həbsindən yazdı

Dünya

12 Mart 2025 13:08 272


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə Tbilisi şəhər məhkəməsinin 9 illik hökmünü sürpriz adlandırıb.

Yenisabah.az xəbər verir ki, eks-prezidentin sözlərinə görə, bu cəza onun üçün “praktiki olaraq ömürlükdür”.

"Prezident administrasiyasının rəsmi xərclərinə görə məni praktiki olaraq ömürlük həbs etdilər... Bizi qorxutmayacaqlar! Birlikdə güc!" - Saakaşvili paylaşımında qeyd edib.  pizza hut

Martın 12-də Gürcüstan məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.

Siyasətçi 2014-cü ildə dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunub. Bu iş Gürcüstanda “gödəkçə işi” kimi tanınır. İttiham tərəfinin fikrincə, ölkənin keçmiş prezidenti dövlət vəsaitindən gödəkçələr, paltolar, bahalı saatlar alıb, oğlunun təhsil haqqını ödəyib, həmçinin bir sıra kosmetik prosedurlar keçirib, lüks avtomobillər və təyyarə icarəyə götürüb./Unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!