“Premium Bank” “Pos-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyasına layiq görülüb.
“Yeni Sabah” xəbər verir ki, “Premium Bank” Mərkəzi Bank tərəfindən 2018-ci il üçün nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş nominasiya müsabiqəsində “Pos-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə banklar arasında I yerə layiq görülüb.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Premium Bank”a əldə olunan nailiyyətlərə görə təşəkkür edilib. Ölkədə nağdsız ödənişlərin inkişafı və elektron ödəniş alətlərindən istifadənin kütləviləşdirilməsi istiqamətində aparılan islahatlarda bankın aktiv iştirakı və qarşıdakı illərdə yeni uğurlar arzu edilib. Dominos pizza
Telegram kanalımız