Dünyanın ən baxımlı futbol liqası hesab olunan İngiltərə Premiyer Liqası ilə bağlı maraqlı statistika dərc olunub.
Yenisabah.az xəbər verir ki, ada çempionatında çıxış edən 541 lisenziyalı futbolçunun 364-ü qeyri-ingilisdir. Bu isə ümumi futbolçuların 67.3 faizini təşkil edir.
İngiltərədə ən çox legioner Braziliyadandır. Hazırda bu liqada 34 “sambaçı” çıxış edir. İkinci sırada isə 26 futbolçu ilə fransızlar qərarlaşıb. pizza mizza
Statistikaya görə, yerdə qalan 32.6 faizin böyük əksəriyyəti ikili vətəndaşlığı olan ingilislərdir. Onların çoxu Yamayka, Kanada, Yeni Zellandiya və Britaniya imperiyasının keçmiş Afrika mülklərindən gəlir. Böyük Britaniyanın bir hissəsi olan Uels, Şotlandiya və Şimali İrlandiyadan olan oyunçular isə legioner statusu daşımır.
Telegram kanalımız