Premyer Liqa: Bu gün “Neftçi” - “Qarabağ” oyunu keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Premyer Liqa: Bu gün “Neftçi” - “Qarabağ” oyunu keçiriləcək

İdman

08 Oktyabr 2023 10:59 519


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrəyə yekun vurulacaq.

Yenisabah.az xəbər verir ki, IX turun daha iki oyunu baş tutacaq.

İlk olaraq "Sumqayıt" "Kəpəz"i qəbul edəcək. Rəqiblərindən bir görüş az keçirən "gənclik şəhəri" təmsilçisi 8 xalla 7-ci, Gəncə klubu isə 5 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Marqarita pizza

Tur mərkəzi matçında isə "Neftçi" və "Qarabağ" üz-üzə gələcək. Hazırda Köhlən atlar" 16 xalla üçüncü, "ağ-qaralar" isə 12 xalla beşinci sıradadır.

8 oktyabr (bazar)

16:30. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Kapital Bank Arena”

19:30. “Neftçi”– “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Neftçi Arena”

Qeyd edək ki, IX turun digər matçlarında "Zirə" "Turan Tovuz"u (2:1), "Səbail" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!