AFFA İntizam Komitəsinin iclası keçirilib.
Yenisabah.az PFL-a istinadən xəbər verir ki, iclasda Premyer Liqamızın 5-ci turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib.
Premyer Liqanın 5-ci turunun “Keşlə” – “Qarabağ” oyununda matç bitdikdən dərhal sonra azarkeşlər meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. pizza hut
“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
“Səbail” – “Zirə” oyununda matçın 45-ci dəqiqəsində azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
“Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Sabah” – “Neftçi” oyununda qonaq komandanın azarkeşləri pirotexnik vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.
“Sumqayıt” – “Qəbələ” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
Mehri Qurban
Telegram kanalımız