Premyer Liqa: “Neftçi” ev oyununa çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

Premyer Liqa: “Neftçi” ev oyununa çıxacaq

İdman

03 Dekabr 2023 12:51 1148


Azərbaycan Premyer Liqasında XV tur davam edir. 

“Report”un məlumatına görə, bu gün daha iki oyun keçiriləcək. 

Günün ilk matçı Gəncədə baş tutacaq. Yerli “Kəpəz” “Sabah”ı qəbul edəcək. Autsayder mövqeyində qərarlaşan gəncəlilər sonuncu pillədən qurtulmaq niyyətindədirlər. Uğursuz mövsüm keçirən “Sabah” isə buna son qoymaq əzmindədir.  Dominos pizza

Daha sonra paytaxt derbisi oynanılacaq. Qeyri-sabit nəticələrlə diqqət çəkən “Neftçi” liderlər mövqeyində qərarlaşan “Zirə” ilə üz-üzə gələcək. Rəşad Sadıqovun yetirmələrinin mümkün qalibiyyəti rəqiblə aradakı xal fərqinin daha da böyüməsinə səbəb olacaq. Bu üzdən “ağ-qaralar” doğma arenada buna imkan verməməyə çalışacaq. 

Premyer Liqa 

XV tur 

3 dekabr (bazar) 

15:00. “Kəpəz” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Əli Əliyev 

Hakim-inspektor: Feyzulla Feyzullayev 

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov 

Tovuz şəhər stadionu 

17:00. “Neftçi” – “Zirə” 

Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Cavid Cəlilov

Hakim-inspektor: Barış Şimşek 

AFFA nümayəndəsi: Eldəniz Musayev 

“Neftçi Arena” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!