Premyer Liqa: XV turda daha 2 görüş baş tutacaq

saytların hazırlanması

Evə çatdırılma

Premyer Liqa: XV turda daha 2 görüş baş tutacaq

İdman

30 Noyabr 2024 09:19 655


Misli Premyer Liqasının XV turunda bu gün daha iki görüş baş tutacaq.

Yenisabah.az xəbər verir ki, əvvəlcə "Şamaxı" evdə "Kəpəz"lə qarşılaşacaq.

Şamaxı şəhər stadionununda keçiriləcək matç 14:30-da başlayacaq. Görüşü İnqilab Məmmədov idarə edəcək. "Şamaxı" hazırda 13 xalla turnir cədvəlində 7-ci yerdə qərarlaşıb. 7 xala malik Gəncə təmsilçisi isə sonuncu - 10-cu yerdədir. pizza sifarişi

Günün digər görüşü Zirə İdman Kompleksinin stadionununda keçiriləcək. Rəşad Əhmədovun idarə edəcəyi "Zirə" - "Sumqayıt" qarşılaşmasına saat 17:00-da start veriləcək.

"Zirə" turnir cədvəlində 20 xalla beşinci pillədədir. "Sumqayıt" isə 16 xalla altıncı yerdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!