Misli Premyer Liqasında 31-ci turun oyunları davam edir.
Yenisabah.az xəbər verir ki, bu gün 6-cı pillədəki “Turan Tovuz” 2-ci yerdəki “Sabah”ı qəbul edib.
Tovuz təmsilçisi aprelin 26-da Azərbaycan kubokunun yarımfinalının "Neftçi" ilə cavab oyununa çıxacağından baş məşqçi Ayxan Abbasov komandanın bir neçə aparıcı futbolçusuna bu görüşdə istirahət verib. Toyuqlu pizza
Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu tur lider "Qarabağ" xal itirdiyindən "Sabah"la Ağdam klubu arasında xal fərqi 7-ə enib.
Qeyd edək ki, bu gün “Səbail” – “Neftçi” görüşü (18:30) də keçiriləcək.
22 aprel (şənbə)
16:00. “Turan Tovuz” – “Sabah” - 0:2
Qol: Aleksey Kaşuk, 28, 66
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Tovuz şəhər stadionu
Telegram kanalımız