“Qəbələ”nin futbolçusu İlkin Qırtımov Azərbaycan çempionatlarında üçüncü dəfə avtoqol müəllifi olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat verilib.
Məlumata görə, 33 yaşlı müdafiəçi Azərbaycan çempionatları tarixində öz qapısına ən çox qol vuran futbolçu adına şərik çıxıb. pizza sifarişi
O, Premyer Liqanın XVII turunda uğursuzluq yaşayıb. Qırtımov “Səbail”lə səfər görüşündə (0:3) öz qapısına qol vurub.
Müdafiəçi 2018/2019 mövsümündə “Zirə”nin heyətində “Qarabağ”la ev, ötən çempionatda “Qəbələ” forması ilə “Sabah”la səfər matçında da avtoqol müəllifi olub.
Qırtımov turnirin 31 illik tarixində üç avtoqol edən 9-cu futbolçudur. Onadək Adil Nağıyev, Ayxan Abbasov, Bədavi Hüseynov, Denis Silva, Jairo Rodriges, Natiq Qasımov, Ruslan Abışov və Saşa Yunisoğlu da üç dəfə öz qapısına üç qol vurublar.
Telegram kanalımız