Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha iki oyunu keçiriləcək.
Yenisabah.az xəbər verir ki, ilk olaraq “Neftçi” “Sumqayıt”ı qəbul edəcək.
“Neftçi Arena”dakı qarşılaşma saat 16:30-da start götürəcək. Hazırda 18 xala malik komandalar 5-6-cı yerləri bölüşürlər. Marqarita pizza
Digər matçda isə “Sabah” “Turan Tovuz”un qonağı olacaq. Tovuzdakı qarşılaşma saat 19:00-da başlanacaq. Bölgə klubu 15 xalla 7-ci, paytaxt təmsilçisi isə 13 xalla 8-ci pillədə qərarlaşıb.
Telegram kanalımız