Premyer Liqada daha 3 oyun keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Premyer Liqada daha 3 oyun keçiriləcək

İdman

28 Aprel 2024 09:13 731


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha üç oyunu keçiriləcək.

Yenisabah.az xəbər verir ki, əvvəlcə "Qəbələ" "Kəpəz"i qəbul edəcək.

Gəncə təmsilçisi 31 xalla 9-cu, "qırmızı qaralar" 17 xalla 10-cu pillədə qərarlaşıblar. Meydan sahibləri bu matçda qələbə qazana bilməsə, çempionatda sonuncu olacaq və reqlamentə əsasən elitanı tərk edəcək. Pepperoni pizza

Günün ikinci duelində avrokuboklara iddialı "Neftçi" "Turan Tovuz"u sınağa çəkəcək. "Ağ-qaralar" hələlik 47 xalla 5-ci, Tovuz klubu 42 xalla 7-cidir.

Günün son qarşılaşmasında çempion "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. "Köhlən atlar"ın 73 xalı var. "Kimyaçılar" 47 xalla 4-cü sıradadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!