Premyer Liqada ilin son oyunları keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Premyer Liqada ilin son oyunları keçiriləcək

İdman

24 Dekabr 2023 09:20 902


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.

Yenisabah.az xəbər verir ki, təxirə salınmış "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu reallaşacaq.

Matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb, görüş dayandırılarkən isə “Turan Tovuz” hesabda 2:1 öndə olub. Saat 12:00-da başlanacaq qarşılaşma 81-ci dəqiqədən davam edəcək. Meydan sahibləri hazırda 19 xalla 8-ci, Naxçıvan təmsilçisi 26 xalla 5-cidir. Pepperoni pizza

"Netçi" 2023-cü ildəki sonuncu oyununda "Kəpəz"i qəbul edəcək. Matç saat 16:00-da olacaq. "Ağ-qaralar" 25 xalla 6-cı, qonaqlar 14 xalla 9-cu sıradadır.

Günün sonuncu qarşılaşmasında "Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gələcək. Görüş saat 18:30-da start götürəcək. Ağdam klubu 38 xalla liderdir, "qartallar" 29 xalla ikinci pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!