Premyer Liqada növbəti matçlar: Kimlər qarşılaşacaq?

saytların hazırlanması

Evə çatdırılma

Premyer Liqada növbəti matçlar: Kimlər qarşılaşacaq?

İdman

27 Oktyabr 2024 09:20 944


"Neftçi" komandası bu gün Misli Premyer Liqasının XI turunda "Sabah"la üz-üzə gələcək.

Yenisabah.az xəbər verir ki, “Bank Respublika Arena”dakı qarşılaşma saat 17:00-da start götürəcək.

Matçı Tural Qurbanovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. pizza hut

"Sabah" 16 xalla beşinci, "ağ-qaralar" 8 xalla səkkizinci pillədə qərarlaşıb.

Tura "Qarabağ" - "Şamaxı" oyunu ilə yekun vurulacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 19:00-da başlayacaq. Bu qarşılaşmanın baş hakimi Cavid Cəlilov olacaq.

Ağdam təmsilçisi 24 xalla liderdir. Qonaqlar 12 xalla altıncı sıradadır. Hər iki komandanın ehtiyatda bir oyunu da var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!