Premyer Liqada qərb derbisi bir dəqiqəlik sükutla başladı

saytların hazırlanması

Evə çatdırılma

Premyer Liqada qərb derbisi bir dəqiqəlik sükutla başladı

İdman

11 Fevral 2023 14:27 742


Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Turan Tovuz”-“Kəpəz” matçı əvvəlcədən elan olunduğu kimi, Türkiyədə baş vermiş ağır zəlzələdən həyatını itirənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.

Yenisabah.az xəbər verir ki, hər iki komanda meydana üzərində qardaş ölkəyə dəstək şüarı yazılmış bannerlə çıxıb.

“Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan?! Başımız sağ olsun!” - bannerdəki yazıda qeyd edilib. Dominos pizza

Eyni zamanda, Tovuz şəhər stadionunun tribunaları da Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!