Premyer Liqada V tur: “Qarabağ”la “Neftçi” autsayderlərə qarşı 

saytların hazırlanması

Evə çatdırılma

Premyer Liqada V tur: “Qarabağ”la “Neftçi” autsayderlərə qarşı 

İdman

24 Sentyabr 2021 11:09 667


Sabah Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

Yenisabah.az xəbər verir ki, turun oyunları iki günü əhatə edəcək.

İlk oyun günündə hər iki matç Bakıda baş tutacaq. Öncə çempionatın autsayderi “Keşlə” “Qarabağ”ı qəbul edəcək. Qurbanovların duelinə komandalar fərqli durumda çıxacaq. İlk xal üçün mübarizə aparan meydan sahibləri istefası gündəmdə olan Sənan Qurbanovu postunda saxlamaq üçün sensasiyaya imza atmalıdır. Liderliyə şərik olan Qurban Qurbanovun yetirmələri isə autsayderə mümkün qədər çox qol vurmağa çalışacaq. pizza hut

Günə Bakı klublarının dueli ilə yekun vurulacaq. Çempionatın ortababları “Zirə”ylə “Səbail” növbəti qələbə üçün mübarizə aparacaq.

İkinci oyun günü paytaxt derbisi ilə başlayacaq. Son çempion “Neftçi” “Sabah”ın qonağı olacaq. Autsayderlər qrupunun daimi sakininə çevrilən meydan sahibləri favoritlərdən birini büdrətməklə sensasiya müəllifi olmağa can atacaq. Samir Abasovun komandası isə liderlərdən uzaq düşməmək üçün turu itkisiz keçməlidir.

Tura Sumqayıtda yekun vurulacaq. Eyniadlı komanda çempionatın lideri “Qəbələ”ni qəbul edəcək. Son iki turda xala həsrət qalan meydan sahibləri məğlubiyyətsiz irəliləyən rəqibi dayandırmağa cəhd edəcək. Qonaqlar isə gözlənilməz uğurlu startına davam etmək əzmindədir.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 1-3-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

V tur

25 sentyabr (şənbə)

17:00. “Keşlə” – “Qarabağ”

“ASK Arena” 

19:15. “Səbail” – “Zirə”

“ASCO Arena”

26 sentyabr (bazar) 

17:00. “Sabah” – “Neftçi”

“Bank Respublika Arena”

19:15. “Sumqayıt” – “Qəbələ”

“Kapital Bank Arena” (apasport)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!