Premyer Liqada VAR sistemi daha tez tətbiq oluna bilər - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Premyer Liqada VAR sistemi daha tez tətbiq oluna bilər - Rəsmi

İdman

11 Avqust 2021 18:14 1126


Koronovirus pandemiyası ilə əlaqədar hər hansı gecikmə baş vermədiyi halda bir neçə ay sonra 2022-ci Azərbaycan Premyer Liqasında VAR sistemindən istifadə oluna bilər.

Yenisabah.az AFFA-ya istinadən xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib.

O, hakimlərlə görüşü zamanı bildirib ki, VAR sisteminin tətbiqi oyunlarda ədalətli qərarların çıxarılması üçün texnoloji dəstəkdən yararlanmaqla yanaşı, hakimlərimizə müasir beynəlxalq standartlarla ayaqlaşmaq imkanı da yaradacaq. pizza hut

Məmmədov qeyd edib ki, yerli çempionatda bu sisteminin tətbiqindən sonra FIFA-ya müraciət olunacaq və oyunları meydanda idarə edən hakimlə VAR arasında olan danışıqların ictimailəşdirilməsinə icazə verilməsi təklif olunacaq: "Bu da hakimlik sahəsində şəffaflığın təmin olunmasına öz töhfəsini verə bilər".

Qeyd edək ki, daha əvvəl Azərbaycanda VAR sisteminin 2022/2023 mövsümündən tətbiq olunacağı bildirilmişdi.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!