Premyer Liqada XII tur:  “Qarabağ“ “Şamaxı“nı sınağa çəkəcək

saytların hazırlanması

Evə çatdırılma

Premyer Liqada XII tur: “Qarabağ“ “Şamaxı“nı sınağa çəkəcək

İdman

30 Oktyabr 2022 11:21 953


Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XII turun daha iki oyunu keçiriləcək.

Yenisabah.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Qarabağ"ı qəbul edəcək. Rəqibindən bir oyun az keçirən "köhlən atlar" 30 xalla liderdir. Meydan sahibləri 4 xalla 9-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatlarında 71 dəfə üz-üzə gəliblər. Bunların 33-də Ağdam təmsilçisi, 13-də Şamaxı klubu qələbə qazanıb. Topların nisbətində də qonaqlar aşkar üstündür - 99:43. “Qarabağ” 16 oyundur Premyer Liqada uduzmur, “Şamaxı” isə 4 matçdır qol vurmur. Marqarita pizza

Günün ikinci görüşündə "Sabah" "Qəbələ" ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi 28 xalla ikinci, bölgə təmsilçisi 17 xalla beşincidir. Tərəflər indiyədək Premyer Liqada 16 dəfə qarşılaşıblar. Bunların 8-də meydan sahibləri, 5-də "qırmızı-qaralar" meydanı 3 xalla tərk ediblər. Topların nisbətində də "Qəbələ" üstündür - 23:15. “Sabah” çempionatdakı son 4 oyunda rəqibinə qol vurub. Son 6 qarşılaşmada iki və ya daha çox qol qeydə alınıb.

Azərbaycan Premyer Liqası, XII tur

30 oktyabr (bazar)

15:00. “Şamaxı” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov

Hakim-inspektor: Vüsal Əliyev

Şamaxı şəhər stadionu

18:30. “Sabah” – “Qəbələ”

Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev

Hakim-inspektor: Ömər Paşayev

“Bank Respublika Arena”

Qeyd edək ki, XII turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı 1:0, "Kəpəz" "Səbail"i, "Neftçi" isə "Zirə"ni 3 cavabsız qolla üstələyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!