Misli Premyer Liqasında XV tura bu gün iki oyunla start veriləcək.
Yenisabah.az xəbər verir ki, əvvəlcə "Araz-Naxçıvan" klubu "Liv Bona Dea Arena"da "Turan Tovuz"u qəbul edəcək.
Cavid Cəlilovun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq. Hazırda "Araz-Naxçıvan" turnir cədvəlində 33 xalla ikincidir. Üçüncü olan Tovuz təmsilçisinin 27 xalı var. pizza mizza
Turun ilk oyun gününə "Bank Respublika Arena"da yekun vurulacaq. "Sabah" evdə "Səbail"i qəbul edəcək. Rəvan Həmzəzadənin idarə edəcəyi matç saat 19:00-da başlayacaq.
Rusiyalı mütəxəssis Vasili Berezutskinin baş məşqçisi olduğu "Sabah" turnir cədvəlində 19 xalla beşincidir. Doqquzuncu pillədə qərarlaşan "Səbail"in 8 xalı var.
Telegram kanalımız