Bu gün Misli Premyer Liqasında 35-ci tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, eyni vaxtda başlayan 4 matçın ikisində qol vurulmayıb. "Turan Tovuz" "Səbail" matçında 2:2, "Qarabağ" "Sumqayıt" oyununda isə 1:2 hesabı qeydə alınıb.
Bu nəticələrdən sonra avrokuboklara vəsiqə qazanan 4-cü və Premyer Liqanı tərk edəcək 1 komanda müəyyənləşməyib. Lakin "Sumqayıt"ın elitanı tərk etməyəcəyi dəqiqləşib. pizza sifarişi
Misli Premyer Liqası, 35-ci tur
22 may (bazar ertəsi)
16:30. “Turan Tovuz” – “Səbail” - 2:2
Qollar: Şəhriyar Əliyev, 2, Ayxan Quseynov, 49, - Franko Mazurek, 73, QOba Zakpa, 90+3
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu
16:30. “Şamaxı” – “Qəbələ” - 0:0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Kamal Umudlu
Şamaxı şəhər stadionu
16:30. “Sabah” – “Zirə” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
“Bank Respublika Arena”
16:30. “Qarabağ” – “Sumqayıt” - 1:2
Qollar: Riçard Almeyda, 88 - Vüsal İsgəndərli, 33-pen., Səbuhi Abdullazadə, 39
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Teymur Teymurov, Əli Əliyev
“Azersun Arena”
21 may (bazar)
“Kəpəz” – “Neftçi” - 1:3
Telegram kanalımız