Məşhur kolumbiyalı sənətçi Şakira “Zootopia 2” animasiya filminin Los-Ancelesdə keçirilən dünya premyerasında iki oğlu – 12 yaşlı Milan və 10 yaşlı Saşa ilə birlikdə iştirak edib.
"Yeni Sabah" xəbər verir ki, Şakira və övladları qırmızı xalçada harmonik görünüşləri ilə diqqəti cəlb ediblər. Onların hər biri Stella McCartney-nin xüsusi olaraq hazırladığı uyğun üslublu obrazlarda çıxış edib.
Səhnəarxası söhbətində Şakira bildirib ki, uşaqları ilə belə tədbirlərə qatılmaq həm onu duyğulandırır, həm də çox əyləndirir. O, filmlə bağlı da öz hisslərini bölüşüb: sənətçi ilk “Zootopia”da canlandırdığı Gazelle personajı sayəsində tamaşaçılar tərəfindən çox sevildiyini xatırladıb və illər sonra bu obrazla yenidən ekrana dönməyin onun üçün xüsusi bir təcrübə olduğunu vurğulayıb. pizza sifarişi
Telegram kanalımız