Prezident Aparatının 8 əməkdaşı koronavirusa yoluxub - Qırğızıstanda

saytların hazırlanması

Evə çatdırılma

Prezident Aparatının 8 əməkdaşı koronavirusa yoluxub - Qırğızıstanda

Dünya

26 İyun 2020 17:52 746


Qırğızıstan Prezident Aparatının səkkiz əməkdaşında koronavirus infeksiyası aşkarlanıb.

Yenisabah.az Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı Sooronbay Jeenbekovun rəhbərliyi ilə Moskvaya səfər edən nümayəndə heyətinin iki üzvündə - Aparatın xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıkovda və mühafizə xidmətinin bir əməkdaşında koronavirus aşkarlandıqdan sonra Bişkekdə Prezident Aparatının bütün əməkdaşları test veriblər.

Virusa yoluxan səkkiz əməkdaş ev şəraitində müalicə ediləcək. Aparatın digər əməkdaşları isə onlayn qaydada işləyəcəklər. pizza hut

Qırğızıstanda epidemioloji vəziyyət gərginləşməkdə davam edir. Son sutkada ölkədə 250 nəfər virusa yoluxub və xəstələrin sayı 4204-ə çatıb. Ölkədə bu virusa yoluxan şəxslərdən 43-ü ölüb. Virusa yoluxan 669 tibb işçisinin 403-ü sağalıb. AZƏRTAC

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!