Prezident Avtomobil Yolları Dövlət Agentliyinə 5 milyon manat ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Prezident Avtomobil Yolları Dövlət Agentliyinə 5 milyon manat ayırdı

Sosial

19 Noyabr 2019 13:42 830


Prezident İlham Əliyev "Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, sərəncamla otuz beş min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!