Prezident Azərbaycan və İsrail arasında imzalanan sazişi təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Azərbaycan və İsrail arasında imzalanan sazişi təsdiqlədi

Maraqlı

03 İyun 2023 13:04 831


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiqləyib. 

Yenisabah.az xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb. 

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi sazişin müddəalarının həyata keçirilməsini təmin edəcək.  Dominos pizza

Azərbaycan Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərəcək. 

Qeyd edək ki, saziş 2023-cü il aprelin 19-da Bakı şəhərində imzalanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!