Prezident Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqlədi 

saytların hazırlanması

Evə çatdırılma

Prezident Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqlədi 

Maraqlı

14 Yanvar 2023 11:25 764


Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib. 

"Report" xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanmış Sazişi təsdiqləyib. 

Qeyd edək ki, 15 maddədən ibarət sazişin məqsədi ölkələr arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığı inkişaf etdirmək və bitkiçilik məhsullarının ticarət və mübadiləsini asanlaşdırmaqdır. pizza

Sənədə uyğun olaraq, karantin nəzarətində olan materialların ixracı, idxalı və tranziti dövlətlərin qanunvericiliyi ilə müəyyən olunan qaydada sərhəd-buraxılış məntəqələri vasitəsilə həyata keçirilir, həmçinin fitosanitar nəzarəti zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, idxalçı tərəf yoluxmanı aradan qaldırmaq, yoluxmuş malları zərərsizləşdirmək və ya ixrac edən tərəfə geri qaytarmaq üçün tədbirlər görür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!