Prezident Baydenin əməllərində ziddiyyətlər var -   Sergey Markov

saytların hazırlanması

Evə çatdırılma

Prezident Baydenin əməllərində ziddiyyətlər var - Sergey Markov

Dünya

25 Aprel 2021 10:11 636


ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanıması Türkiyə ilə ABŞ-ın münasibətlərinin pisləşməsinə gətirib çıxaracaq.

Yenisabah.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

C.Baydenin bu addımı atmasının səbəbləri barədə danışan S.Markov bildirib ki, ABŞ prezidenti Türkiyəyə daimi təzyiq aləti yaratmaq və Türkiyə ilə güc mövqeyindən danışmaq istəyir. Sezar pizza

Onun sözlərinə görə, C.Baydenin əməllərində ziddiyyətlər var: "Bir tərəfdən Bayden bəyan edir ki, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir, digər tərəfdənsə bu münasibətləri kəskin pisləşdirir. Bunu heç kim başa düşə bilmir, çünki Rusiya ilə münasibətlərdə də eyni problemlər mövcuddur. Fikrimcə, Ankarada Bayden administrasiyasına heyrətlə baxırlar və onların nə istədiyini başa düşə bilmirlər". (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!