Prezident bu hərəkətinə görə cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Prezident bu hərəkətinə görə cərimələndi

Dünya

10 İyun 2020 19:55 898


Ukrayna Prezidenti Vladimir Zelenski Xmelnitski vilayətinə işgüzar səfəri zamanı karantin məhdudiyyətləri rejimini pozduğuna görə cərimələnib.

Yenisabah.az xəbər verir ki, Vladimir Zelenski bu barədə Çerniqov şəhərində KİV nümayəndələri ilə görüşü zamanı deyib. Əlavə edib ki, onu cərimələyənlər prinsipcə haqlıdırlar.

Agentliyin məlumatına görə, Ukrayna Prezidenti iyunun 3-də Xmelnitski vilayətindəki kafedə olub. Kafenin daxilində onunla eyni masada beş nəfər, o cümlədən prezident Ofisinin sədr müavini Sergey Trofimov, dövlət vilayət administrasiyasının sədri Dmitri Qabinet, Xmelnitskinin meri Aleksandr Simçişin və baş sanitar həkimi Viktor Lyaşko qəhvə içib. Pepperoni pizza

Həmin vaxt hökumət iaşə obyektlərində qapalı məkanlarda xidmət göstərilməsi üzrə fəaliyyəti qadağan etmiş, həmçinin eyni masa arxasında yalnız dörd nəfərədək insanın oturmasına icazə verilmişdi.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, tərtib olunmuş protokollar məhkəməyə göndəriləcək. Karatin rejimini pozanları 17 min qrivendən 34 min qrivenədək (638 dollardan 1276 dollaradək) cərimə gözləyir. Vladimir Zelenski cəriməni ödəməyə hazır olduğunu bildirib.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!