Prezident bu nazirliyə yeni səlahiyyət verdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident bu nazirliyə yeni səlahiyyət verdi

Sosial

19 Dekabr 2019 15:09 1269


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2013-cü il 5 mart tarixli 833 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, sənədə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə yeni səlahiyyət verilib.

Sənədlə Elektron Təhlükəsizlik Xidməti “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən animasiya filmlərinin), kompüter və digər elektron oyunların işarələnmədiyi və yaxud həmin Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, bu informasiya məhsullarının ekspertizasını təşkil etmək səlahiyyətinə sahib olub. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!