Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
"Yeni Sabah" xəbər verir ki, sərəncama əsasən, Təhsil Nazirliyi ADNSU-nun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sezar pizza
Qeyd edək ki, 2020-ci ilin noyabr ayında ADNSU-nun fəaliyyətə başlamasının 100 illiyi tamam olur.
Telegram kanalımız