Prezident daxili işlər nazirinin istefasını qəbul etmədi

saytların hazırlanması

Evə çatdırılma

Prezident daxili işlər nazirinin istefasını qəbul etmədi

Dünya

13 Aprel 2020 07:40 958


Məlum olduğu kimi, Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bir neçə saat əvvəl istefa verib. Lakin çox keçmədən prezident Rəcəb Tayyib Ərdoğan bu istefanı rədd edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası tərəfindən məlumat yayılıb. Açıqlamada bildirilib ki, vəzifə sahibinin istefasını irəli sürməsi öz seçimidir, lakin son qərarı ancaq Prezident verə bilər:

"15 iyul çevriliş cəhdindən  sonra Süleyman Soylu  apardığı uğurlu işləri ilə xalqımızın rəğbətini qazanmışdır. Nazirimizin mübarizəsi ölkəmizdəki terror təşkilatlarının fəaliyyət imkanlarının azaldılmasında mühüm rola malikdir. Koronavirus epidemiyasının yayıldığı bir zamanda səhiyyə xidmətləri, qida təchizatı və ictimai təhlükəsizlik məsələləri ilə bağlı  ölkəmizi onun uğurlu işləri sayəsində problem yaşamayıb. Süleyman Soylu istefa etmək istədiyini Prezidentimizə bildirib. Amma prezident bu tələbi qəbul etməyib". pizza sifarişi

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!