Prezident DİN rəhbərlərinə: “Daxili sabitlik olsa da, xaricdən müdaxilə cəhdləri var”

saytların hazırlanması

Evə çatdırılma

Prezident DİN rəhbərlərinə: “Daxili sabitlik olsa da, xaricdən müdaxilə cəhdləri var”

Siyasət

23 May 2025 11:44 450


“O ki qaldı daxili işlər orqanlarının birgə fəaliyyətinə, təbii ki, buna böyük ehtiyac var. Çünki qeyd etdiyim kimi, ölkələrimizdə daxili sabitlik olsa da təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbulu zamanı deyib.

“Yəni heç kim bundan sığortalı deyil. Ona görə daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması, əlbəttə ki, hər bir ölkəmiz üçün önəmli daxili sabitlik amilidir. Təşkilata üzv ölkələrin daxili işlər orqanlarının bir araya gəlməsi, müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsi, təcrübə mübadiləsi, informasiya mübadiləsi aparılması böyük önəm daşıyır”, - Prezident İlham Əliyev diqqətə çatdırıb. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!