Prezident Dövlət Agentliyinə 13 milyon manat ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Prezident Dövlət Agentliyinə 13 milyon manat ayırdı

Sosial

23 Sentyabr 2019 14:47 1004


Prezident İlham Əliyev sentyabrın 23-də “Quba rayonunun Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, beş min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini birləşdirən Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!