Prezident Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Prezident Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşdü

Siyasət

12 Mart 2026 12:34 314


Martın 12-də Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, söhbət zamanı İlham Əliyevin Jelka Tsviyanoviçlə görüşləri məmnunluqla xatırlandı, ölkələrimiz arasında münasibətlərin genişlənməsi qeyd edildi, müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

Jelka Tsviyanoviç ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumunda bir neçə dəfə iştirak etdiyini bildirdi. pizza

Görüşdə XIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu qeyd edildi. Forumda həmişə olduğu kimi bu dəfə də, xüsusilə dünyada hazırkı vəziyyət fonunda çox aktual qlobal məsələlərin müzakirə edildiyi vurğulandı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!