“Prezident Əliyev İran səfərinə rəsmən razılıq verib“ - XİN rəhbəri

saytların hazırlanması

Evə çatdırılma

“Prezident Əliyev İran səfərinə rəsmən razılıq verib“ - XİN rəhbəri

Rəsmi

04 İyul 2022 16:49 976


"Biz Azərbaycan Respublikası Prezidentinin Tehrana səfərə hazır olması ilə bağlı rəsmi notanı cənab Ceyhun Bayramovun səfəri ilə eyni vaxtda aldıq".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

O deyib: "Biz Azərbaycan Respublikası Prezidentinin Tehrana səfərə hazır olması ilə bağlı rəsmi notanı cənab Ceyhun Bayramovun səfəri ilə eyni vaxtda aldıq. Azərbaycan Prezidentinin rəsmi səfərinin tarixinin razılaşdırılmasına gəlincə, bugünkü görüşün davamında təklifləri araşdıracağıq və buradan cənab İlham Əliyevin İran İslam Respublikasına səfərini salamlayırıq". pizza sifarişi

Bundan başqa, nazir tezliklə Tehranda İran, Azərbaycan və Türkiyə XİN rəhbrlərinin üçtərəfli görüşünün keçiriləcəyini qeyd edib.

Əmir Abdullahian "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) xarici işlər nazirləriningörüşünə də ev sahibliyi edəcəyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!