Prezident “Fairmont”dakı hadisədən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Prezident “Fairmont”dakı hadisədən danışdı

Siyasət

06 İyul 2020 21:31 1474


“Xəstəliyin yayılmasının səbəbi bəzi insanlarınn məsuliyyətsizliyidir. Sadə qaydaları onlar gözləmirlər, əməl etmirlər. Biz məcbur olduq cərimələri artırdıq. Bəzi hallarda sərt addımlar atılır. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidir”. 

Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

Prezident müsahibə zamanı ötən gün “Fairmont” hotelində karantin rejiminin pozulmasından da söz açıb: Sezar pizza

“Amma biz görürük ki, insanlar nümayişkəranə şəkildə bu rejimi pozurlar. Dünən məşhur oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə də Azərbaycan polisi düz edib müdaxilə edib. Mənim tərəfimdən çox ciddi göstəriş verilib ki, bütün pozuntulara reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil. İstər yerli şirkət olsun, istər xarici şirkət. Biz xalqımızın sağlamlığını qorumalıyıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!