Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Siyasət

01 İyul 2025 15:19 1986


Azərbaycan Karate Federasiyası bu qurumun vitse-prezidenti Fərid Əsgərovun Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunması münasibətilə onu təbrik edib.

Bu barədə Federasiyadan daxil olan məlumatda bildirilib.

Məlumatda o da qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Fərid Əsgərov general-mayor ali hərbi rütbəsinə layiq görülüb. Toyuqlu pizza

Federasiya bu məsuliyyətli və şərəfli fəaliyyətində Fərid Əsgərova uğurlar arzulayıb.

Xatırladaq ki, Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilərək, Prezident Katibliyinin rəisi vəzifəsinə təyin olunub.

Fərid Əsgərov son təyinatadək polkovnik rütbəsində Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini postunu tutub./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!