Prezident fərman imzaladı   - Bu qayda dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident fərman imzaladı - Bu qayda dəyişdi

İqtisadiyyat

05 İyun 2023 18:25 2208


Prezident İlham Əliyev 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçılardan tələb edilməyəcək. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçıların razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və ya iddiaçılar tərəfindən təmin ediləcək. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!