Prezident fərman verdi: 5 yeni idarə yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Prezident fərman verdi: 5 yeni idarə yaradılır

Sosial

22 Oktyabr 2019 15:52 1219


Oktyabrın 22-də Prezident İlham Əliyev Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 regional idarəsinin yaradılması haqqında fərman imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, regional idarələr dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə yaradılıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsini, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilini, tarix və mədəniyyət abidələrinin qorunmasında müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiq, eləcədə də tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqini təmin edəcək. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!