Prezident gənc kadıra yüksək vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident gənc kadıra yüksək vəzifə verdi

Sosial

19 Mart 2019 23:28 1269


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") sədrinin müavini vəzifəsinə təyinat olub.

“Yeni Sabah” xəbər verir ki, prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Ceyhun Salmanov təyin edilib.

Qeyd edək ki, Ceyhun Akif oğlu Salmanov 22 dekabr 1986-cı ildə anadan olub. Dominos pizza

O, 19 noyabr 2012-ci il tarixdən 27 avqust 2013-cü il tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar şöbəsinin Strateji araşdırmalar sektorunun müdiri, 27 avqust 2013-cü il tarixindən isə Dövlət Agentliyinin Elektron hökumət və rəqəmsal innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin 20 iyun 2018-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!