Prezident: “Gürcüstan Rusiyaya qarşı sanksiyaları dəstəkləyir“

saytların hazırlanması

Evə çatdırılma

Prezident: “Gürcüstan Rusiyaya qarşı sanksiyaları dəstəkləyir“

Rəsmi

01 Aprel 2022 11:04 554


Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisinin Rusiyaya qarşı beynəlxalq maliyyə sanksiyalarını dəstəklədiyini iddia edib.

Yenisabah.az xəbər verir ki, CNN telekanalına müsahibəsində o bildirib:

“Biz bütün beynəlxalq maliyyə sanksiyalarını dəstəkləyirik və bu, Gürcüstanın maliyyə sektoru üçün vacibdir. Eyni zamanda, biz Ukraynaya dəstək üçün qəbul edilən bütün qətnamələrdə iştirak edirik”. Toyuqlu pizza

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dəfələrlə bəyan edib ki, rəsmi Tbilisi Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq, çünki bu, ölkənin maraqlarına cavab vermir.

S. Zurabişvili deyib: “Hökumətin istifadə etdiyi dillə əhalinin böyük əksəriyyətinin hissiyyatı arasında böyük fərq var. Əgər siz Gürcüstana gəlsəniz, görərsiniz ki, hər yerdə Ukrayna bayraqları asılıb, gürcü əhalisindən dəstək göstərmək üçün çoxlu təşəbbüslər olub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!