Prezident İlham Əliyev Siraqəddin Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
“Yeni Sabah” xəbər verir ki, sərəncama əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər bir sərəncamla, Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Pepperoni pizza
Qeyd edək ki, İlham Əliyev digər sərəncamlarla Siraqəddin Nəcəf oğlu Cabbarovu Sabirabad rayonunun icra başçısı, Nazim Mehdi oğlu İsmayılovu isə Saatlı rayonunun icra başçısı təyin edib.
Telegram kanalımız